NATO Rusiya gəmilərini mühasirəyə aldı

21-10-2016, 01:16           

Rusiya donanmasına məxsus təyyarə və nüvə başlıqları daşıyan hərbi gəmilər İsveç sularında İngiltərə və NATO donanması tərəfindən mühasirəyə alınıb.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.

Şimal dənizindən keçərək Suriyaya üzən rus gəmilərinin Norveç və Böyük Britaniyaya məxsus hərbi gəmilər tərəfindən də izlənildiyi bildirilib.

Bundan əlavə, onların beynəlxalq sularda əməliyyat keçirdiyi iddia edilərək, Su-33 helikopteri ilə KA-27 təyyarəsinin əraziyə getdiyi vurğulanıb.

"Admiral Kuznetsov" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi qrupda nüvə başlıqları daşıyan "Pyotr Veliki", həmçinin, "Severmorsk" və "Admirak Kulakov" sualtı gəmiləri var. Sözügedən gəmilər Dover boğazından keçərək Suriyaya gedəcək.

Qeyd edək ki, rəsmi Moskva bazar günü hərbi gəmilərin təlim üçün Aralıq dənizinə göndərildiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru