Ərəblər Gürcüstanda şəhər salır

21-10-2016, 01:44           

Ərəb şirkəti Gürcüstanın Saquramo qəsəbəsində mini-şəhər salmağı planlaşdırır. Georgian Ventures & Investment Ltd (GVI) və Salim Ali Al Shamsi Real Estate ərəb şirkətinin birgə proyekti olan Saguramo Gardens layihəsi 35 hektarlıq ərazini əhatə edəcək. Proyekt 450 villa, yaşayış binaları, tibbi mərkəz, 4 ulduzlu hotel, sağlamlıq kurortu və istirahət parkı, miniqolf sahələri, idman infrastrukturları, hovuz, uşaqlar üçün əyləncə məkanı, ticarət mərkəzləri, kafe və restoranlar, balaca göl, daşla döşənmiş küçə və meyvə bağlarından ibarət tematik parkdan ibarət olacaq.

Proyektin meneceri Əkbər Kureyşi bildirib ki, şirkətləri həmişə beynəlxalq bazarda yeni imkanlar axtarışında olub. Onun sözlərinə görə, Gürcüstan böyük potensiala malik təhlükəsiz ölkə olduğu üçün bura investisiya qoyulmağa qərar verilib. Ərəb şirkəti təmsilçisinin sözlərinə görə, plana görə proyekt 4 ilə başa çatmalıdır.

Şirkətin təmsilçisi onu da deyib ki, proyekt təbiətin gözəlliyi ilə gürcü ənənə və mədəniyyətini birləşdirir, əsas hədəfimiz isə Yaxın Şərq və Avropadan beynəlxalq müştəriləri bura çəkməkdir.


Salim Ali Al Shamsi Real Estate ərəb şirkətinin veb-səhifəsində yazılıb ki, Gürcüstan proqressiv ölkədir, son 5 ildə apardığı reformalara görə №1-dir və burada bizneslə məşğul olmaq çox təhlükəsiz və asan başa gələndir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.