Rumıniyada yadplanetlilərin izi tapılıb
21-10-2016, 09:48

Rumıniyada 1973-cü ildə tapılan 3 metal obyektin araşdırılması maraqlı faktlar ortalığa çıxarıb. Tapıntılardan biri Yerə 250 min il əvvəl gəlib. Bu fakt isə yadplanetlilərin olması anlamına gəlir. Bu barədə The Mirror nəşri yazıb.
İnsanlar alüminlə 200 il əvvəl işləməyə başlayıb. Lakin bu tapıntı 90 faiz alümindən ibarətdir. bu fakt isə alimlərin araşdırmasını sensasion edib.
Rumıniyada 40 il əvvəl əvvəl tapılan qalıqlar barədə məlumatların açıqlanmasına komunnist rejimi qadağa qoyubmış.
Tapılan obyektin hazırlanmasında 12 müxtəlif metaldan istifadə edilib, 90 faizi isə alümindən ibarətdir. alimlər müəyyən edib ki, bu obyekt 250 min il əvvələ aiddir. Sonradan bu nəticələr Lozannadan gələn eskpertlər tərəfindən də təsdiqlənib.
Bəzi alimlər isə obyektin 80 min il yaşının olduğu deyir. Lakin bu da həmin dövr insanların alümindən necə istifadə etdiyini izah edə bilmir.
Bir çox alimlər belə nəticəyə gəlib ki, unikal tapıntı Yerdən kənar sivilizasiyanın olduğuna işarə vurur. Məhz onlar o dövrdə insanların tanımadığı metalı gətirib.
azadlıq.info