Harvard Trampın şərtlərini rədd etdi

Dünən, 17:18           
Harvard Trampın şərtlərini rədd etdi
Harvard Universiteti Tramp administrasiyasının irəli sürdüyü tələbləri rədd etdiyini açıqlayıb.
Universitet rəhbərliyi Harvard icmasına ünvanladığı mesajda bildirib ki, universitet davamlı islahatlar aparır və bu prosesi davam etdirəcək, lakin bu dəyişikliklər universitet kənarından diktə edilməməlidir.
Harvard Universitetinin prezidenti Alan Qarber deyib:
“Hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, heç bir hökumət özəl universitetlərə nəyi tədris edə biləcəyini, işə kimi götürə biləcəyini və hansı sahələrdə tədqiqat apara biləcəyini diktə etməməlidir.”
Tramp administrasiyası bildirib ki, universitet federal maliyyə almaq istəyirsə etiraz qaydalarını, müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarını dəyişdirməlidir.
Tramp administrasiyası universitetə ayrılmalı olan 9 milyard dollar vəsaitə yenidən nəzər keçirəcəyini bildirib. Bura təxminən 250 milyon illik federal kontraktlar və bir neçə il üçün planlaşdırılmış 8,7 milyard dollar qrant daxildir.
Harvardın Universitetinin illik əməliyyat büdcəsi 6,4 milyrad dollardır.
Fexreddin Abbas
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.