Çin Koronavirusun yaranmasında ABŞ-ni günahlandırıb

Dünən, 15:44           
Çin Koronavirusun yaranmasında ABŞ-ni günahlandırıb
Çin Dövlət Şurasının Mətbuat Bürosu ABŞ-ni koronavirusun yaranmasında ittiham edən sənəd yayımlayıb.
Bu barədə "Daily Mail" nəşri məlumat verib.

Sənəddə qeyd olunur ki, Pekin bu ittihamları sübut edəcək bütün dəlillərə malikdir. Xüsusilə Florida ştatına diqqət yetirilib.

Belə ki, ABŞ-nin bu ştatında rəsmi olaraq ilk yoluxma 2020-ci il martın 1-də qeydə alınsa da, Çin açıq mənbələrdən əldə etdiyi məlumatlara əsasən bildirir ki, COVID-19-un Floridada yayılması həmin tarixdən iki ay əvvəl başlamışdı. Üstəlik, yoluxan şəxslərin əksəriyyəti ölkədən kənara çıxmamışdı.

Sənəddə həmçinin qeyd olunur ki, ABŞ bu məlumatı gizlətməyə çalışıb və buna dair məlumatların yayılmasında rolu olan şəxslər işdən uzaqlaşdırılıb.

Xatırladaq ki, daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) virusun Uhan laboratoriyasından sızdığı versiyasını araşdırdığını açıqlamışdı. Bu araşdırma bir neçə il davam edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.