ABŞ Çin mallarının rüsumsuz idxalı qaydasını ləğv edib

3-05-2025, 10:44           
ABŞ Çin mallarının rüsumsuz idxalı qaydasını ləğv edib
Tramp administrasiyası dəyəri 800 ABŞ dollarınadək olan Çin mallarının rüsumsuz idxalı qaydasını ləğv edib.

TEREF “The New York Times”a istinadən xəbər verir ki, bu qərar ABŞ şirkətlərinin və fərdi şəxslərin daha əvvəl tətbiq edilmiş rüsumlardan yayınmaqla Çin mallarını idxal etmək üçün aktiv şəkildə istifadə etdikləri "boşluğu" bağlamış olur.

Əvvəllər qüvvədə olan “de minimis” qaydası fiziki şəxslərin və ya kiçik biznes müəssisələrinin birbaşa əldə etdiyi, dəyəri 800 ABŞ dollarınadək olan Çin mallarının rüsumsuz idxalına icazə verirdi. Dəyişikliklər həm Çindən, həm də Honkonqdan idxal edilən mallara təsir edəcək. Bundan əlavə, tədbirlər digər ölkələr vasitəsilə gətirilən mallara da şamil ediləcək.

Xatırladaq ki, daha əvvəl Çin hakimiyyəti ABŞ-nin ikitərəfli danışıqlar aparmağa hazır olması barədə bəyanatlarının araşdırıldığını bəyan etmişdi./teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru