Çin Yerin fırlanma sürətini azaldıb, günlər uzanıb

3-05-2025, 16:18           
Çin Yerin fırlanma sürətini azaldıb, günlər uzanıb
Çində inşa olunan nəhəng "Üç Dərə" ("Three Gorges Dam") su elektrik bəndi Yerin fırlanmasını yavaşladıb və bunun nəticəsində günlər 0.06 mikrosaniyə uzanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə NASA alimləri bildiriblər.

Bənd Yantszı çayı üzərində yerləşir və 40 kub kilometr suyu 175 metr hündürlükdə saxlayır. Mütəxəssislərin fikrincə, bu qədər kütlənin yer dəyişməsi Yerin kütlə paylanmasını və fırlanma momentini dəyişib.

"Bunu fiqurlu konkisürənlərin əllərini açanda fırlanmasının yavaşlamasına bənzətmək olar", - deyə NASA-nın geofiziki doktor Benyamin Fonq Çao izah edib.

Alimlər həmçinin qeyd edirlər ki, Yer təbii şəkildə də fırlanma sürətini azaldır. Bu, əsasən Ayın cazibə təsiri ilə bağlıdır. Tədqiqatlar göstərir ki, 1.4 milyard il əvvəl günlər cəmi 18 saat olub. Hazırda isə hər əsrdə günlər təxminən 1.8 millisaniyə uzanır.

NASA alimlərinin sözlərinə görə, uzun günlər fotosintez üçün əlverişli şərait yaradaraq, Yer atmosferinin oksigenlə zənginləşməsinə də töhfə verib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru