Almaniya polisi 14 Rusiya vətəndaşını saxladı

26-10-2016, 01:23           
Almaniya polisi 14 Rusiya vətəndaşını saxladı
Almaniya polisi terrorçuluğun maliyyələşdirilməsinin təşkilində şübhəli bilinən 14 Rusiya vətəndaşını müəyyən edib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, onlar 11-i kişi və 3-ü qadın olmaqla çeçendirlər.

Məlumata görə, onlar sığınacaq axtaran və qeydiyyatdan keçmiş qaçqınlardır və hazırda Almaniyada yaşamağa icazə verilməsi ilə bağlı qərar gözləyirlər.

Almaniya hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, onlardan 28 yaşlı kişi Suriyada İŞİD terror qruplaşmasına qoşulmağı planlaşdırırmış.

Almaniya prokurorluğu onu ölkə ərazisində terror aktı planlaşdırılması şübhəsi ilə 2015-ci ilin sonundan etibarən müşahidə edib.

Digər 13 şübhəli 21-31 yaş arası gənclərdir. Hazırda onlar terrorçuluğun maliyyələşdirilməsi şübhəsi üzrə yoxlanılırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru