Bu raket Ukrayna üçün daha təhlükəlidir - Krivolap

10-06-2025, 12:14           
Bu raket Ukrayna üçün daha təhlükəlidir - Krivolap
Ukrayna üçün hazırda ən böyük təhlükə Rusiyanın “İsgəndər” raketləri və “Şahid” dronlarıdır. Rusiyanın çoxlu sayda bu cür silahlara malik olması vəziyyəti daha da ciddi edir.

Sitat.info xəbər verir ki, bu barədə ukraynalı aviasiya eksperti Konstantin Krivolap deyib.

“Xəncər” raketləri ilə bağlı Rusiyanın imkanları məhduddur, çünki bu tip raketlərin daşıyıcıları ilə bağlı ciddi problemlər mövcuddur. Eyni zamanda, Rusiya “Kalibr” raketlərini modernləşdirməyə və onlara əlaqəni gücləndirmək üçün antenalar quraşdırmağa çalışıb, lakin Ukraynanın F-16 və “Miraj” qırıcıları bu raketlərlə effektiv mübarizə aparır.

Amma “İsgəndər”lər və “Şahid”lər – bunlar çoxlu sayda olduqda və hava hücumundan müdafiə sistemimiz onları vurmağa kifayət etmədikdə, bu, artıq real təhlükədir”, - Krivolap bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru