Britaniyada ŞOK: Ölmüş insanları qaynatmağa və kanalizasiyaya axıtmağa icazə verilə bilər
Dünən, 12:58
Böyük Britaniyada cəsədlərin ənənəvi dəfn və ya kremasiya yolu ilə deyil, alternativ utilizasiyası müzakirəyə çıxarılıb.
Oxu.Az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, qanunvericilik səviyyəsində iki yeni üsulun - qələvi hidroliz (alkalin hidroliz) və kompostlaşdırmanın leqallaşdırılması təklif olunur.
Qələvi hidroliz zamanı insan bədəni xüsusi kimyəvi məhlulda 2-18 saat ərzində mayeyə çevrilir. Bu prosesdən yalnız dişlər və sümüklər qalır - onlar toz halına salınaraq ailəyə təhvil verilir. Qalan maye isə birbaşa kanalizasiya sisteminə axıdıla bilər.
Yeni üsul rəsmi sənədlərdə "su ilə dəfn" adlandırılsa da, ictimaiyyətdə daha çox "yuyub axıtma" kimi tanınır. Bu tip dəfn forması artıq Kanada və Avstraliyanın bəzi bölgələrində tətbiq olunur.
Middlesex Universitetinin tullantı suları üzrə mütəxəssisi, doktor Lian Landi bildirib ki, bu metodla bağlı aparılan araşdırmalarda mayenin kanalizasiyaya axıdılmasının su keyfiyyətinə heç bir mənfi təsiri aşkarlanmayıb.