Britaniya İsrailin iki nazirinə sanksiya tətbiq etdi

Dünən, 10:34           
Britaniya İsrailin iki nazirinə sanksiya tətbiq etdi
Britaniya İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiyalara Britaniyada səyahət qadağası və aktivlərin dondurulması daxildir.

Avstraliya, Kanada, Yeni Zelandiya və Norveç də onlara qarşı sanksiyalar elan ediblər. Buna səbəb ifrat sağçı nazirlərin Qəzza zolağı ilə bağlı sərt açıqlamaları olub. İsrailin maliyyə naziri, məsələn, İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin genişləndirilməsini təsdiqləyib.

Bundan əvvəl Böyük Britaniya, Fransa və Kanada İsrail ordusunun Qəzza zolağında əməliyyatının genişləndirilməsini tənqid etmişdi.

London, Ottava və Paris də Təl-Əvivi sanksiyalarla hədələyib. Ölkələr, digər məsələlərlə yanaşı, Benyamin Netanyahunun Qəzza zolağına məhdud ərzaq tədarükünə icazə vermək qərarını tamamilə qeyri-adekvat adlandırıb və Qəzza zolağında insan iztirablarının dözülməz olduğunu qeyd ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.