BMT-nin hesabatı: Dünyada doğum səviyyəsi kritik həddə düşüb

Dünən, 16:44           
BMT-nin hesabatı: Dünyada doğum səviyyəsi kritik həddə düşüb
BMT-nin Əhali Fondu (UNFPA) dünyada doğum səviyyəsinin kritik həddə endiyini və milyonlarla insanın iqtisadi və sosial çətinliklər səbəbindən uşaq sahibi ola bilmədiyini açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə təşkilatın yeni dərc etdiyi hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, doğum səviyyəsinin azalmasının əsas səbəbləri yüksək yaşayış xərcləri və maliyyə çətinlikləridir. Hər beş respondentdən biri arzuladığı sayda uşaq sahibi ola bilmədiyini bildirib.

Sorğuda iştirak edənlər həmçinin qadınlar üçün iş və uşaq qayğısını birləşdirməyin çətinliyini, dövlətin qeyri-effektiv demoqrafik siyasətini, sağlamlıq problemlərini və bir sıra ölkələrdəki siyasi sabitsizliyi də əsas səbəblər kimi göstəriblər.

Hesabatda vurğulanır ki, növbəti 90 il ərzində Yer kürəsinin əhalisi təxminən 3,1 milyard nəfər artacaq. Bu artım əsasən Afrika, Asiya və Latın Amerikasında yüksək doğum göstəricilərinə malik ölkələr hesabına baş verəcək. Əvəzində Avropa və Yaponiyada 2050-ci ilədək əhali sayında azalma gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.