NASA zondu rekord uçuşu zamanı Günəşin ən yaxın görüntülərini çəkdi VİDEO

Dünən, 17:27           
NASA zondu rekord uçuşu zamanı Günəşin ən yaxın görüntülərini çəkdi  VİDEO
2024-cü ilin dekabrında NASA-nın "Parker" zondu Günəş tacından keçərək ulduza 6.1 milyon km məsafəyədək yaxınlaşıb. Bu, indiyədək heç bir aparatın çatmadığı rekord məsafədir. Aparat həmçinin 692 000 km/saat sürətlə hərəkət edərək yeni rekord qırıb.

Bu barədə "ScienceAlert" xəbər yayıb.

Bu yaxınlaşma zamanı zond Günəşin ən yaxın fotolarını çəkib və "gözəgörünməz" günəş küləyini müşahidə edib. Məlum olub ki, bu külək iki növdə olur: sürətli Günəş küləyi 800 km/s sürətlə, nisbətən sabit hərəkət edir və yavaş Günəş küləyi daha qarışıq və dəyişkən xarakterlidir.
Zond, həmçinin "maqnit dəyişmələri" adlanan ziqzaqlı sahələrin Günəşdəki maqnit girdabları nəticəsində yaranmasını birbaşa təsdiqləyib. Bu sahələr, əsasən, sürətli günəş küləyinin yaranmasına səbəb olur. Lakin yavaş günəş küləyi hələ də tam başa düşülməyib. Alimlər düşünür ki, bu axın Günəşin ekvator bölgəsindən çıxır, amma hansı strukturlardan və necə yarandığı naməlumdur. Zondun növbəti yaxın uçuşu 2025-ci ilin sentyabrında olacaq və bu, daha çox məlumat toplamağa imkan verəcək. Bu kosmik missiyanın məqsədi Günəşin dinamikasını anlamaq və Yer üçün təhlükə yaradan təsirlərin qarşısını almaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru