Avropalı fermerlər Brüsseldə Aİ-yə qarşı etiraz etdi

Bu gün, 15:14           
Avropalı fermerlər Brüsseldə Aİ-yə qarşı etiraz etdi
Avropa İttifaqının kənd təsərrüfatı subsidiyalarında gözlənilən ixtisarlara etiraz olaraq fermerlər Brüsseldə aksiya keçirib.
Müxtəlif ölkələrdən gələn yüzlərlə fermer Avropa Parlamentinin qarşısındakı Lüksemburq Meydanında toplaşıb. Etirazçılar əsas yollarla yürüş edərək Avropa Komissiyası binasına doğru hərəkət ediblər.

Onlar “Kənd təsərrüfatına son verməyin” şüarları səsləndiriblər. Aksiya Aİ Komissiyasının yeni uzunmüddətli büdcə planını müzakirə etdiyi günə təsadüf edib. Fermerlər subsidiya azalmalarına səbəb ola biləcək yeni büdcə planından narahatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru