Avropa İttifaqının bir sıra üzv ölkələri, o cümlədən Fransa ABŞ-a qarşı bloka məxsus ən güclü ticarət mexanizminin işə salınmasını dəstəkləyir. İqtisadiyyat.az xəbər verir ki, bu qərar avqustun 1-dək Vaşinqtonla razılaşma əldə olunmadığı halda qüvvəyə minə bilər.
Məlumata görə, Fransa başda olmaqla, 6-dan çox Avropa ölkəsi Aİ-nin “anti-məcburetmə aləti” adlandırılan ticarət vasitəsinin tətbiqinə hazırdır. Bu addım ABŞ Prezidenti Donald Trampın idxal mallarına otuz faiz həcmində yeni tariflər tətbiq edəcəyi ilə bağlı hədələri fonunda müzakirə olunur.
Bununla belə, bəzi üzv ölkələrin məsələyə daha ehtiyatla yanaşdığı, digərlərinin isə hələlik mövqe bildirmədiyi qeyd olunur.