ABŞ Hərbi Hava Qüvvələri DOGE vasitəsilə 10 milyard dollar qənaət edib
Bu gün, 16:14
ABŞ Hərbi Hava Qüvvələri hökumətin fəaliyyətinin səmərəliliyini artırmaq üzrə federal agentlik (DOGE) ilə birgə əməkdaşlıq çərçivəsində 10 milyard dollar həcmində qeyri-səmərəli xərcləri ixtisar edib. İqtisadiyyat.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "X" hesabında paylaşım edib.
“Sevinc hissi ilə bildirirəm ki, Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk DOGE ilə birlikdə 10 milyard dollar qənaət etməyə nail olub”, – deyə Heqset qeyd edib.
Onun sözlərinə görə, bu qənaət son 6 ayda 50 layihə və 500-dən çox müdafiə müqaviləsinin yoxlanması nəticəsində əldə olunub.