Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilib
Bu gün, 09:04

«Turanlılar təxminən 10-12 min il bundan əvvəl səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı".
İngilis alimləri S.Leoyd və Q.Çayld.
Fransız alimi E.Rekli də bu fikirdədir ki, "şumerlərin dilində İran və semit dillərinə xas olan cizgilər yoxdur, əksinə Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var".
Türk alimi Ahmet Cavat isə birmənalı şəkildə yazır: «Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilib. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vooley şumerlərin morfoloji cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdığını qəbul edir. «Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var. Bizi bu qənaətə gətirən iki ən güclü sübut vardır: 1) dil sübutu, 2) geoloji və arxeoloji sübut».
Tanınmış şumerşünasların bir çoxu şumerlərin iskit-türk mənşəli xalq olduğunu təsdiqləyirlər. Məşhur şumerşünas alimlər M.Belitski, D.Reder, E.Reklü, F.Qommel, Vooley və b. şumerlərin türklərlə genetik qohum olduqlarını qeyd ediblər. Dmitri Reder isə yazır: «Şumerlərin dili ayrıca bir dildir. Yalnız bir şeyi qəti demək olar, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər».
Aydın Qasımlı, türkoloq, tədqiqatçı, "Türklər" kitabından parça.
Azərbaycanlıların səhifəsi
TEREF