"Taliban"dan SƏRT QADAĞA - 60 min qadın işsiz qaldı

Bu gün, 08:44           
"Taliban"dan SƏRT QADAĞA - 60 min qadın işsiz qaldı
"Taliban" Kabildə yüzlərlə qadın gözəllik salonunu bağlayıb.

Referans xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Şahidlərin sözlərinə görə, evlərdə axtarış aparan "Taliban" üzvləri salonları müəyyən edərək avadanlıqları dağıdıb və ya müsadirə edib.

Qeyd olunur ki, əvvəllər gözəllik salonlarında çalışan 60 minə yaxın qadın işsiz və gəlirsiz qalıb. Onların bir çoxu ailəsinin əsas dolanışıq mənbəyi idi.

Nəşr yazır ki, "Taliban" qadınları sosial və iqtisadi həyatdan tədricən uzaqlaşdırmaq siyasətini qəbul etdikdən sonra vəziyyət daha da ağırlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru