İsmayıllıda avtomobil körpüdən aşaraq YANDI: Xəsarət alanlar var

Bu gün, 09:02           
İsmayıllıda avtomobil körpüdən aşaraq YANDI: Xəsarət alanlar var
İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.

Oxu.Az xəbər verir, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.

Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri, Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar və yanğın söndürülüb.

Xəsarət alanlar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru