Məktəb müəllimləri vahid geyim formasına keçdi

Bu gün, 07:24           
Məktəb müəllimləri vahid geyim formasına keçdi
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025–2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə edəcək.
TEREF Modern.az-a istinadən xəbər verir ki, bu barədə məktəbdən bildirilib.
Məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib.
Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk.
Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur.
Qərar 30 nəfərdən ibarət olan pedaqoji və rəhbər heyətə şamil olunur. Məqsəd müəllimlər arasında bərabərlik prinsiplərini möhkəmləndirmək, nizam-intizamı artırmaq və məktəb mühitində sağlam psixoloji atmosfer yaratmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru