Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb

Bu gün, 10:34           
Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb
ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin satışı ilə bağlı tətbiq etdiyi sanksiyalar dərhal ləğv edilə bilər.

TEREF-in AZƏRTAC-a istinadən məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı mediaya açıqlamasında deyib.

“Biz F-35-i müzakirə edəcəyik və məncə, o, almaq istədiyini ala biləcək. Mən bilirəm ki, o, F-35 istəyir. Biz bu barədə çox ciddi danışırıq. Onun və bizim müəyyən məsələlərə ehtiyacımız var. Düşünürəm ki, biz bir nəticəyə gələcəyik”, - deyə Tramp bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru