1920-Cİ İLİN ƏVVƏLLƏRİNDƏ N.NƏRİMANOVUN REPRESSİYADAN XİLAS ETDİYİ ŞƏXSİYYƏTLƏR
Bu gün, 10:54

(Üzeyir Hacıbəyov və 98 nəfər)
1920-ci illərin əvvəllərində Hərbi Tribunalın nümayəndəsi N.Nərimanovun yanına gələrək Sovet hakimiyyətinin əleyhinə çıxan insanların GÜLLƏLƏNMƏSİ üçün hazırlanmış siyahının N.Nərimanova təqdim edir.
99 nəfərdən ibarət olan həmin siyahıda ÜZEYİR HACIBƏYOV, SƏMƏD BƏY MEHMANDAROV və ƏLİAĞA ŞIXLİNSKİNİN də adları var idi. N.Nərimanov dərhal 99 nəfərin azad olunması haqqında göstəriş verir.
Üzeyir Hacıbəyov 24 avqust 1948-ci ildə M.C.Bağırova yazdığı ərizədə göstərirdi ki, “Xalq düşmənləri, burjua millətçiləri, faşizm agentləri 1924-cü ildən məni və əsərlərimi təqib edir, məni xalqın gözündən salmağa çalışırdılar. Lakin mənim taleyim elə gətirmişdir ki, məni doğru, düzgün həssas adamlar, insanları əla başa düşənlər qorudular”. Belə adam Nərimanov idi.
Hələ 1937-ci ildə Filarmoniyanın Həmkarlar Təşkilatının sədri Akopyan yazırdı ki “Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim üçün qaranlıqdır. Bolşeviklər hakimiyyətə gələn kimi o, İrana qaçdı və bir müddətdən sonra geri qayıtdı. Onun Müsavat parlamentinin üzvü olan, sonra Parisə qaçan və orada yaşayan qardaşına 7 il pul göndərmişdir”.
Bunlar hamısı Nərimanovun vaxtından başlayaraq böyük sənətkarı izləyib, təqib edib, məhv etmək istəyirdilər. Amma alınmadı.
Şamil Qurbanov. “Nəriman Nərimanov: Ömrünün son illəri”. Bakı, 2003. Səh. 79-80.
Paylaşdı: Nəriman Nərimanovun ev muzeyi səhifəsi.
Anar Tağıyev
TEREF