Hələb qətliamında ermənilər də iştirak edib : Bəşəriyyəti şoka salan qətliamda ermənilər iranlı general Cavadın başçılığı altında vuruşublar – Foto

17-12-2016, 22:45           

Suriya Yaxın Şərqdə ermənilərin ən çox məskunlaşdıqları ölkələrdən biridir.
Avropa.info xəbər verir ki, vətəndaş müharibəsinin başlağıc tarixi olan 2011-ci ilə qədər Suriyada 80-100 min erməni yaşayırdı. Xatırladaq ki, təqribən 100 min civarında erməni də İranda yaşayır. Ən çox erməni yaşayan orta şərq ölkəsi isə Livandır-təqribən 180 min. Suriya ermənilərinin böyük əksəriyyəti Hələbdə yaşayırlar. Hələbdə erməni məhəlləsi mövcuddur. Həm ata, həm də oğul Əsədin dövrnüdə Suriya İran və Livan kimi ermənilərin ən rahat yaşadıqları ölkələrdən biri olub. Hətta B. Əsəd Deyr əz-Zor şəhərində erməni “soyqırımı” üçün böyük bir abidə kompleksi də açdırmışdı.

Suriyada hal-hazırda da davam edən silahlı münaqişənin əvvəlindən bəri Suriya erməniləri Əsəd rewimini dəstəkləmişdilər. Bu dəstək sadəcə sözdə qalmamış əməllə də təsdiq olunmuşdu. Əsəd rejiminin silahlı qüvvələrinin mühüm bir hissəsini təşkil edən, əsasən könüllülərdən təşkil olunmuş NDF (National Defence Forces/Milli müdafiə qüvvələri) tərkibində xeyli erməni döyüşçü vuruşmaqdadır. Ermənistan mediası bunların arasında Livan və Ermənistandan gələn “könüllü döyüşçü”lərin olduğu da yazırdı. Bunlardan öldürülərək rejim tərəfindən təntənəli cənazə mərasimi ilə yola salınanları da olmuşdur.
Hələb qətliamında ermənilər də iştirak edib : Bəşəriyyəti şoka salan qətliamda ermənilər iranlı general Cavadın başçılığı altında vuruşublar – Foto

Suriya müxalifətinin başlatdığı inqilabın başladığı və möhkəmləndiyi yelərdən biri olan Hələbdəki erməni məhəlləsi rejim qüvvələri tərəfindən ciddi cəhdlə qorunurdu. Rejim qüvvələrindəki erməni döyüşçülər istər bu məhəllənin müdafiəsində, istərsə də Hələbin rejim tərəfindən ələ keçirilməsi əməliyyatlarında aktiv iştirak etmişdirlər. Elə Hələbdəki qətlimadan sonra, erməni mətbuatının bu əməliyyatda Əsəd rejimi, İran və rus qüvvələri ilə yanaşı ermənilərin də iştirkını yazması bunu sübutudur.
Avropa.info xəbər verir ki, Ermənistan mediası Livandan gələn “Hizbullah” militanları ilə həmin ölkədən gələn “könüllü erməni döyüşçü”ləri, eləcə də İran, Əfqanıstan, İraqdan gələn şiə qruplaşmalarının Hələbdə Cavad adlı iranlı generalın komandanlığı altında çiyin-çiyinə döyüşmüşdüklərini yazıb. İranla Ermənistanın maraqlarının sadəcə Dağlıq Qarabağ münaqişəsində deyil Suriyadakı vətəndaş müharibəsində də üst-üstə düşməsi mənadar deyildirmi?

Erməni mediasının yazdığına görə, Hələbin müxaliflərdən tamamilə alınmasından sonra, Hələb küçələrində şadyanalıq edənlərin əllərində Suriya rejimi bayrağı ilə Ermənistan bayraqları qoşa dalğalanıb.
Bütün dünyanın Hələbdə baş verənləri qətliam adlandırdığı, nüfuzlu xəbər agentliklərinin, ABŞ, Fransa, Almaniya kimi Qərb ölkələrinin İran, Əsəd rejimi və Rusiyanı baş verənlərdən sorumlu tutduqları bir vaxtda, qətliamda iştirak etmiş ermənilərin adının çəkilməməsi düşündürücüdür. Hərçənd ki, erməni mediası həmvətənlərinin müsəlman qadın və uşaqlarını öldürməsini “qəhrəmanlıq” kimi xarakterizə edən yazılar yaymaqdadır.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.