Hərbi helikopter son anda naməlum uçan obyektlə toqquşmadan qaça bilib

18-12-2016, 01:36           
Hərbi helikopter son anda naməlum uçan obyektlə toqquşmadan qaça bilib
Soçi-Rostov-Voronej-Çkalovski marşrutu üzrə uçuş həyata keçirən Rusiya Federal Mühafizə Xidmətinə məxsus Mi-24 hərbi helikopterinin ekipajı hava gəmisi Moskva üzərində olduğu zaman yerə rastlaşdıqları qəribə hadisə ilə bağlı raport verib.

Virtualaz.org “Federal Xəbərlər Agentliyi”nə istinadən xəbər verir ki, hadisə bazar ertəsi, dekabrın 12-də qeydə alınsa da, mətbuatda bu gün işıqlandırılıb.

Moskva vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə saat 18:30-da) Mi-24 helikopterindən cəmi 2 kilometr aralıda tipi müəyyənləşdirilə bilməyən uçan obyekt görünüb. Helikopterin pilotlarının sözlərinə görə, naməlum obyekt naviqasiya işıqlarını işə salaraq istiqamətini dəyişib və gözdən itib.

Dispetçerlərin bildirdiyinə görə, hərbi helikopterin uçduğu ərazidə hər hansı mülki uçuş aparatının peyda olma ehtimalı yox dərəcəsindədir.

Bundan öncə Moskvanın “Vnukovo” hava limanına yaxın ərazidə Krasnodardan Moskvaya uçan “Airbus” sərnişin təyyarəsinin heyət üzvləri havada kvadrat formasında naməlum uçan obyektin olduğunu yerə xəbər vermişdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.