Küveyt şahzadəsini edam etdilər

25-01-2017, 22:57           
Küveyt şahzadəsini edam etdilər
Küveytdə aralarında kral ailəsinin üzvü – şahzadə Feysəl Əl-Abdulla əl-Sabah da olmaqla 7 nəfər edam edilib.

«Reuters»in məlumatına görə, şahzadə Feysəl barədə ölüm hökmü 2011-ci ilin oktyabrında çıxarılıb. O, öz yaxın qohumu Basil Salem Sabahı öldürməkdə təqsirli bilinib.

Salem Sabahı güllələyərək öldürən şahzadə qətlin motivi barədə heç nə danışmayıb.


Aralarında bir qadının da olduğu 7 nəfər qətl, sui-qəsdə cəhd, adam oğurluğu, zorlama kimi ittihamlar üzrə təqsirli biliniblər.

Onlardan ikisi Küveytdən, qalanları Misir, Efiopiya, Banqladeş və Filippindən olub.

Xatırladaq ki, ötən ilin oktyabrında kral ailəsinin daha bir üzvü edam edilmişdi. Şahzadə Turki bin Səud əl-Kabir dostunu qətlə yetirdiyinə görə həbs edilmiş, sonra da ölüm cəzasına məhkum edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.