Rusiya bombardmançılarını «tutmaq» üçün Yaponiya qırıcılarını havaya qaldırdı

26-01-2017, 09:28           
Rusiya bombardmançılarını «tutmaq» üçün Yaponiya qırıcılarını havaya qaldırdı
Rusiyanın bombardmançı təyyarələrini «tutmaq» üçün Yaponiya tərəfi qırıcı təyyarələrini havaya qaldırmalı olub.

Xəbər verilir ki, Rusiyanın 3 ədəd bombardmançı təyyarəsi Yaponiya sərhədinə yaxınlaşıb, onlardan ikisi isə ölkə ərazisi ətrafında uçub. Tokio tərəfi sərhəd pozuntusu halı qeydə almayıb.

Yanvarın 24-də Yaponiya hərbi-hava qüvvələri (HHQ) Rusiyanın Tu-95 bombardmançılarının ölkə sərhədlərinə yaxınlaşmasına cavab olaraq, həyacan siqnalı ilə qırıcı təyyarələrini havaya qaldırıb.

Rusiya təyyarələri ölkənin materik hissəsinin şimalından qalxaraq, Yapon dənizi üzərində uçublar. Bu barədə Yaponiya Müdafiə Nazirliyinin yanvarın 25-də yaydığı məlumatda deyilir. Nazirliyin saytında Rusiya bombardmançılarının uçuş marşrutu və fotosu dərc olunub. Təyyarələrin 2-si Okinava adasının cənub tərəfinə istiqamət götürüb, sonra isə elə həmin gün axşam Rusiya ərazisinə qayıdıb.AzPolitika.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru