Trampdan fərman - Meksika ilə sərhəddə DƏRHAL divar tikilsin

26-01-2017, 10:16           

ABŞ prezidenti Donald Tramp öz seçkiqabağı verdiyi vədlərindən birini yerinə yetirib, qeyri-leqal miqrasiyaya və cinayətkarlığa qarşı mübarizə üçün Meksika ilə sərhəddə divarın tikintisi haqqında fərman imzalayıb.
Bu və digər tədbirlər dövlət başçısının çərşənbə günü imzaladığı imiqrasiya siyasəti ilə bağlı fərmanında yer alır.
Tramp deyib ki, divarın tikintisi "dərhal" başlayacaq və bu, hər iki ölkənin rifahı naminə olacaq. Qeyri-leqallar və onları gizlədənlər üçün cəza sistemi hazırlanacaq. (trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru