ABŞ-da xüsusi xidmət orqanı əməkdaşından şok açıqlama — Trampa görə özümü güllə qabağına vermərəm

26-01-2017, 11:07           
ABŞ-da xüsusi xidmət orqanı əməkdaşının açıqlaması ölkə gündəminə bomba kimi düşüb

Xüsusi xidmət orqanının əməkdaşı Kerri Oqreydi prezident Donald Trampı mühafizə etməyəcəyini bildirib. Yeganə vəzifələri prezidenti mühafizə etmək olan bu xidmətin açıqlaması mübahisələrə səbəb olub.

23 ildir "Secret Service"-də xidmət göstərən Kerri Oqreydi Trampın qadınları təhqir etdiyi video çarxı izlədikdən sonra "Bu ölkə için fəlakət olduğuna inandığım bir şeyi müdafiə etmək və ya ona görə özümü güllə qabağına verməkdənsə, həbsdə yatmağı üstün tuturam".

Mühafizəçi bu açıqlamanı "Facebook" sosial şəbəkəsində yayımladıqdan sonra silib. Amma məsələ ilə bağlı istintaq başlayıb.

Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru