23 yaşlı Danimarka vətəndaşı Coanna Palani İŞİD qruplaşması üzvlərinin hədəfindədir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı qızın başına 1 milyon dollar qoyulub.
Buna səbəb onun Suriya və İraqda kürd peşmərgələrinin tərkibində İŞİD-ə qarşı snayper kimi vuruşmasıdır.
Peşmərgələrin qadın balalyonuna başçılıq etmiş Palaninin 1993-cü ildə İraqın Ramadi şəhərində kürd ailəsində doğulduğu, 1996-cı ildə ailəsi ilə birlikdə Danimarkaya köçdüyü bildirilir. Ərəb Baharı başlandıqdan sonra bir neçə dəfə Suriya və İraqa gedən Palani yüksək dəqiqliyə malik snayper kimi Mənbic və Mosul uğrunda döyüşlərdə uğurla iştirak edib.
Hazırda o, Danimarkada olsa da, Avropadakı İŞİD üzvlərinin onu axtarmasından dolayı mühafizə olunur.