Culian Assanc Ekvador səfirliyindən qovula bilər
9-02-2017, 18:03

FaktXəbər-in verdiyi məlumata görə, Cənubi Amerika ölkəsi olan Ekvadorda gələn həftə keçiriləcək prezident seçkilərində müxalif namizəd Gilyermo Lasso İngiltərə səfirliyində sığınacaq alan Culian Assancla bağlı çıxış edib. O, bildirib ki, prezident seçiləcəyi təqdirdə "Wikileaks" saytının qurucusu Culian Assancı səfirlikdən çıxaracaq.
"Guardian" qəzetinə müsahibə verən Gilyermo Lasso deyib ki, 4.5 ildir səfirlikdə yaşayan Assancı saxlamaq artıq xərc aparır və onun səfirlikdən çıxarılmasının vaxtı çatıb: "Ekvador xalqı məcburiyyət qarşısında əvəz ödəyir. Səlahiyyətləri alınmaqla Assancdan 30 gün ərzində səfirliyi tərk etməsini istəyəcəyik".
Qeyd edək ki, Culian Assanc Britaniya məhkəməsinin onun İsveçə ekstradiksiyası haqda qərarından sonra Ekvador səfirliyində sığınacaq tapmışdı. İsveçdə isə onu seksual təcavüzdə ittiham edərək mühakimə etməyə hazırlaşırdılar. 43 yaşlı Assanc İsveçdə SW adı ilə təqdim olunan qadını zorlamaqda və başqa iki qadına qarşı seksual təcavüzdə ittiham olunur. "Wikileaks"ın yaradıcısı ittihamları rədd edir və bildirir ki, İsveçə ekstradisiya olunarsa, onu dərhal ABŞ-a təslim edəcəklər. ABŞ-da isə o, məxfi informasiyanın yayılması ilə milli təhlükəsizliyə xələl gətirməkdə ittiham olunacaq.