İlk xarici səfərini Türkiyəyə edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo bu gün Ankaranın Əsənboğa hava limanında qarşılanıb.
Axar.az "Sputnik"ə istinadən məlumat verir ki, Pompeo ilə türk rəsmiləri arasında Suriya və Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi mövzusu müzakirə olunacaq.
Ankara həmçinin ABŞ-dan Suriyadakı kürdlərə dəstəyin kəsilməsini istəyəcək.