Döyüşlər başlandı: Türkiyə ordusu hücuma keçdi - FOTO
11-02-2017, 19:30
Türkiyə əsgərləri və suriyalı müxaliflər Əl-Babda İŞİD-ə qarşı hücuma keçib.
Publika.az xəbər verir ki, hücum yerli vaxtla 16:09-da başlanıb. Hazırda şiddətli döyüşlər gedir.
“Associated Press”in məlumatına görə, Türkiyənin dəstəklədiyi müxalif güclər Əl-Babın cənub-qərbindəki məhəllələrindəki anbarları və kompleksləri ələ keçirib.