ABŞ-ın “Porter” esminesi Qara dənizi tərk edib

12-02-2017, 09:59           
ABŞ-ın “Porter” esminesi Qara dənizi tərk edib
Amerikanın idarə olunan raket sistemi ilə təchiz edilmiş “USS Porter” esminesi Qara dəniz hövzəsini tərk edib.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyanın Neapol şəhərində yerləşən 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, gəmi təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyat apardıqdan sonra dənizdən çıxıb. Esmines, xüsusilə “Sea Shield 2017” beynəlxalq təlimlərində iştirak edib.
Gəmi Qara dəniz hövzəsinə fevralın 2-də daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru