Qulağından, gözündən, ağzından, saçlarından qan axır - 13 yaşlı uşağın ÇARƏSİZ XƏSTƏLİYİ - FOTOLAR

12-02-2017, 10:07           

“Qan ağlayan” hindistanlı yeniyetmənin xəstəliyinə əlac tapılmır. Axileş Raquvanşinin hazırda 13 yaşı var, qulaqlarından, gözlərindən, ağzından, ayaqlarından və saçlarından gündə 10 dəfə qan gəlir.
Publika.az xəbər verir ki, Axileşin bu durumu ona əziyyət verir və arıqladır. Valideynləri əvvəllər elə düşünürdü ki, Axileş susuzluqdan əziyyət çəkir, amma sonradan başa düşdülər ki, bu, daha ciddi xəstəlikdir.
Yer üzündə çox az sayda insanlar stiqmatlardan əziyyət çəkir, onların qan ağlaması İsa Peyğəmbərin çarmıxa çəkildiyi zaman çəkdiyi əzablara oxşayır.
Axileş Ümumhindistan tibb elmləri institutunun həkimləri tərəfindən ciddi müayinə olunsa da, onlar gəncə rəsmi diaqnoz qoya bilməyiblər. O, dərmanı özü axtarmağa başlayıb: “Mənim burnumdan, ağzımdan, gözlərimdən qan gəlir və başım bərk ağrıyır. Bəzən bu, gündə bir neçə dəfə baş verir, bəzən isə bir neçə ay fasilə olur. Amma son 15 gündə bu hər gün baş verib. Qanaxma başlayanda ağrı çox olmur, amma məni çox yorur”.
Axileşin atası bütün dünya həkimlərinə müraciət edib: “Tibb elmi bu xəstəliyin nə olduğunu bilməli və ona cavab verməlidir. Xahiş edirəm, oğluma kömək edin və onu xilas edin”.

Qulağından, gözündən, ağzından, saçlarından qan axır - 13 yaşlı uşağın ÇARƏSİZ XƏSTƏLİYİ - FOTOLAR












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru