İŞİD-in başçısı əl-Bağdadi yaralanıb

12-02-2017, 23:25           

İŞİD-in başçısı Bakir əl-Bağdadi İraqın qərbinə endirilən aviazərbələr nəticəsində ağır yaralanıb.

teref.az virtualaz.org-a istinadən xəbər verir ki, xəbəri bu gün təhlükəsizlik sahəsindəki mənbələrinə istinadən əl-Sumaria və əl-Hurra peyk telekanalları yayıb.

Terror qruplaşması başçısının aradan götürülməsi və yaralanması barədə KİV-də əvvəllər də dəfələrlə xəbərlər yayılıb. Amma sonradan onlar öz təsdiqini tapmayıb.

Əl-Hurra kanalı bildirib ki, əl-Bağdadi fevralın 9-da əl-Kaim şəhərinə endirilən aviazərbə vaxtı yaralanıb. Onun ora İŞİD rəhbərliyinin qurultayına gəldiyi bildirilir. Məlumata görə, aviazərbəni İraq Hərbi Hava Qüvvələrləri endirib.

Kanalın məlumatına görə, İŞİD-in başçısı "ağır yaralanıb və müalicə üçün Suriyaya çatdırılıb”. Digər bir neçə terrorçu isə həlak olub.

Kanal iddia edir ki, informasiya "İraqın Daxili İşlər Nazirliyindəki kəşfiyyat bölməsindən" alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru