Gürcü patriarxını zəhərləyiblər

13-02-2017, 10:17           

Gürcüstanın katalikos-patriarxı II İlyanı zəhərləməyə cəhd ediblər.

Trend Sputnik-Georgia-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı məlumat yayıb. Belə ki, telekanalın verdiyi məlumata görə, Patriarxlığının əmlakının idarə edilməsi üzrə xidmətin rəhbəri və müqəddəs Anna və İoakim adına tibb mərkəzinin direktoru Mamaladze Georgi Ata saxlanılıb.

Onun üzərində məhkəmə prosesi bazar günü Tbilisidə keçirilib.

Qeyd edək, Gürcü pravoslav kilsəsinin başçısı ötən həftə səhhəti ilə bağlı Almaniyaya gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru