Prezidentdən məmura qəribə cəza - Video

13-02-2017, 10:56           

İnquşetiya lideri Yunusbek Yevkurov xəstəxana divarına vurulan boyanın keyfiyyətini yoxlamaq üçün qəribə üsuldan istifadə edib.

Axar.az xəbər verir ki, Nazran şəhərində yeni inşa edilən xəstəxanaya baxış keçirən Yevkurov divara hansı boyanın çəkildiyi ilə maraqlanıb.

“Divara söykəndikdə ləkə qalırmı?” sualını verən prezidentə, “Ən keyfiyyətli boyadan istifadə etdik. Heç bir ləkə qalmır” – deyə məmur və inşaat işlərinə cavabdeh şəxs bildiriblər.

Bundan sonra hər iki şəxsi divara söykəyən İnquşetiya lideri onların paltolarında ləkə qaldığını görərək, “Bax belə evə gedəksən. Özünüz yoxlayın. Axı min dəfə deyirəm ki, öz əllərinizlə yoxlayın”, - deyə irad bildirib.
[media=https://www.youtube.com/watch?v=WhDogTPFDDg]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru