“Bir ilə Rusiyadan heç nə qalmayacaq”

13-02-2017, 20:30           
“Bir ilə Rusiyadan heç nə qalmayacaq”
Rusiyaya sanksiyalardan başqa heç nə ilə təsir etmək olmaz.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.

“Avropa Birliyi Rusiyaya sanksiyalar ucbatından ümumilikdə 17,5 milyard dollar itirib. Bu, təkcə Almaniyanın ümumi daxili məhsulunun 0,5%-dir. Əgər bunu 28 ölkə arasında bölsək, o zaman həmin rəqəmin birlik üçün heç nə olduğunu görərik. Sanksiyalar ucbatından Rusiya ümumi daxili məhsulunun 5%-ni itirib. Bu isə təxminən 260 milyard dollardır. Ölkədən illik kapital axını 100-150 milyard dollar arasındadır. Onların artıq ehtiyat fondu tükənib və Milli Rifah Fondundan istifadə etməyə başlayıblar. Əgər bu templə getsələr, maksimum bir ilə hər şeylərini itirəcəklər. Sanksiyalardan başqa, Moskvaya təsir etmək üçün alternativ variant yoxdur”, – o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.