İranlı merdən maraqlı təklif

12-04-2015, 11:09           
İranlı merdən maraqlı təklif
Azərbaycanlı iş adamlarını Ramsər şəhərində turizm sektoruna, kənd təsərrüfatına, gülçülük və dekorativ bəzək bitkilərinin əkilməsi və ixrac edilməsi sahəsinə sərmayə yatırmağa dəvət edirik. Trend-in məlumatına görə, bu sözləri İranda səfərdə olan Azərbaycan jurnalistlərinə Mazandaran əyalətinin Ramsər şəhər meri Hüseyn Süruri deyib.

H.Süruri deyib ki, Azərbaycan və İranı çox qədim mədəni və tarixi köklər bağlayır və bu bağlılıq iki ölkə arasındakı əlaqələrdə müstəsna rol oynaya bilər. "Biz Ramsər şəhərinə sərmayə yatıran iş adamlarına hər cür şərait yaratmağa hazırıq. Onlara torpaq sahəsinin ayrılması və sərmayə qoyuluşunun sığortalanmasını təmin edə bilərik. Ölkədə xarici investisiyaların sığortalanması haqqında qanun var və bu qanun xarici investorlara zəmanət verir".

H.Süruri azərbaycanlı investorlar üçün Ramsərdə gəmiçilik və dəniz limanına sərmayə yatırılmasında şəraitin yaradılmasına hazır olduğunu vurğulayıb. “Hazırda Ramsərdə istehsal olunan sitrus meyvələri dünya ölkələri ilə yanaşı, Azərbaycanda da ixrac olunur. Bu əlaqələri genişləndirmək üçün yaxşı imkanlar var və biz Azərbaycan iş adamlarını buraya dəvət edirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru