Vaşinqtonda Kapitolinin binası qarşısında atışma baş verib

12-04-2015, 11:45           
Vaşinqtonda Kapitolinin binası qarşısında atışma baş verib
Vaşinqtonda Kapitolinin (ABŞ Konqresi) binası qarşısında atışma baş verib, atəş açan şəxs zərərsizləşdirilib.

APA-nıb “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə polisin məlumatında bildirilir.

“Atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb, lakin, buna baxmayaraq, Kapitolidə təhlükəsizlik baxımından iş dayandırılıb”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu saatlarda ənənəvi “Albalının çiçəklənməsi” festivalı ilə əlaqədar Vaşinqtonun mərkəzində izdihamlı bayram tədbirləri və parad keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru