Rusiya ən yeni tanklarını Donetskə gətirir

12-04-2015, 12:03           
Rusiya ən yeni tanklarını Donetskə gətirir
Rusiya qoşunları Ukrayna sərhədindən keçərək Donetskə hərəkət edirlər.

Axar.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti NATO mənbələrinə istinadən məlumat yayıb.

"Biz Rusiya silahlı hərbi qulluqçularının kadrların hazırlanmasında separatçılara dəstək olduğunu görürük. Rusiya Ukrayna sərhədi vasitəsi ilə qoşun və texnikalarını Donetskə toplayır, - NATO mənbəsi bildirir.

Qəzetin yaydığı məlumatda iddia edilir ki, Rusiya hərbçiləri, tankları, zirehli maşınları, artilleriyası və hava hücumundan müdafiə sistemlərini Ukraynanın şərqinə yerləşdirir. Həmçinin T-80 və T-90 tanklarının müasir modelləri Donetskə gətirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru