Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 37-yə çatıb

6-05-2017, 07:17           
Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 37-yə çatıb
Venesuelada aprelin 4-dən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Suliya və Karabobo ştatlarında hökumətə qarşı nümayişdə iki gənc odlu silahdan açılan atəş nəticəsində ölüblər.

Bundan əvvəl Venesuela prokurorluğu kütləvi iğtişaşlar zamanı 35 nəfərin öldüyü, 717 nəfərin xəsarət aldığını bildirib. Ölüm faktlarının 18-i paytaxt Karakasda qeydə alınıb.

Qeyd edək ki, aprelin 4-də Ali Məhkəmə müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru