Tarixin ən böyük fırıldaqçılığı - FOTOLAR

7-05-2017, 00:03           


XX əsrin ən böyük fırıldaqçılıq hadisələrindən biri İndoneziyada baş verib.

"Qaynar" xarici mediaya istinadən xəbər verir ki, Mixael de Quzman adlı şəxs İndoneziyanın Borneo adasında qızıl mədəni tapdığını iddia edib.

Əvvəlcə etibarlı geoloq olan Con Felderhorfu razı salıb, sonra isə Devid Velş adlı kanadalı biznesmenlə tanış olub. Çox sual verməyən, işi araşdırmayan Devid Velş 80 min dollar pul verib və bununla da saxta biznes layihəsi "Bre-X" adı altında işə başlayıb.

Uzun müddət qızılı yontaraq torpağa qatan və bununla da laboratoriyalardan təsdiq alan Quzman qısa müddət ərzində milyonlara sahib olur. Hətta dövlət tərəfindən rəğbət görən Quzman sonda bütün sənədləri yandırıb, fırıldağının üstünün açılacağını bildiyinə görə onu adaya aparan helikopterdən tullanaraq intihar edib.

Bir müddət sonra cəsədi tapılan fırıldaqçının hələ də sağ olduğu iddialar arasındadır. O dövrlərdə İndoneziyada bir neçə yüz dollara cəsəd almağın mümkünlüyü bu iddia barədə fikirləşməyə əsas yaradır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru