Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

9-05-2017, 08:07           
Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir
Cənubi Koreyada növbədənkənar prezident seçkilərinə start verilib.

APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, prezident postuna 13 nəfərin namizədliyi irəli sürülüb.

Rəy sorğularına əsasən, qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir. Onu respondentlərin 42,4%-i dəstəkləməyə hazırdır. Mərkəzçi “Xalq partiyası” An Çxol Su və mühafizəkar siyasi qüvvələrin namizədi Xon Çjun Pxönun reytinqləri 19%-ə yaxındır. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Qeyd edək ki, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur. Tsoy Sun Sil prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreya korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru