Poroşenko Krımın Rusiyaya birləşdirilməsini Hitlerin işğalları ilə müqayisə edib
9-05-2017, 08:08
Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Krımın Rusiyaya birləşdirilməsi nasist Almaniyasının "özgə torpaqlarını işğal etməsi"nə bənzəyir. "Report" xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb. Prezident qeyd edib ki, Krım Hitler Almaniyasının təqribən 80 il əvvəl özgə torpaqlarını zəbt etdiyi kimi Rusiya tərəfindən işğal olunub.