Almaniya türk hərbçilərə qaçqın statusu verməyə başlayıb

9-05-2017, 08:11           
Almaniya türk hərbçilərə qaçqın statusu verməyə başlayıb
Almaniyada türk hərbçilər və onların ailələrinə siyasi qaçqın statusu verilməsinə başlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Sueddeutsche Zeitung" nəşri yazıb.
Hazırda neçə nəfərə bu statusun verildiyi dəqiq məlumat deyil.
Almaniyanın Daxili İşlər Nazirliyi bundan əvvəl idarəyə müvafiq statusun təqdim edilməsi ilə bağlı 262 sorğunun göndərildiyini təsdiq edib. Onların hamısı 2016-cı ilin iyulunda Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra müxtəlif vaxtlarda göndərilib.
2017-ci ilin fevralında İstanbul prokurorluğu dövlət çevrilişinə cəhd haqqında iş üzrə istintaqı başa çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru