Venesuelanın paytaxtında baş verən iğtişaşlar nəticəsində 116 nəfər xəsarət alıb

9-05-2017, 08:15           
Venesuelanın paytaxtında baş verən iğtişaşlar nəticəsində 116 nəfər xəsarət alıb
Venesuelanın paytaxtı Karakas şəhərində növbəti etiraz aksiyası iğtişaşlarla nəticələnib.

APA-nın “Nacional” nəşrinə istinadən verdiyi məlumata görə, mayın 8-də baş verən toqquşmalarda 116 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məlumata görə, etirazçıları dağıtmaq üçün milli qvardiyaçılar gözyaşardıcı qazdan istifadə ediblər.

Son ay ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 700-dən çox insan yaralanıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru