ABŞ prezidentinin başı bəlada! Qovulan FTB rəhbəri Trampın dediklərini mətbuata yayıb

18-05-2017, 10:55           
ABŞ prezidentinin başı bəlada! Qovulan FTB rəhbəri Trampın dediklərini mətbuata yayıb
Sayt xəbər verir ki, ABŞ prezidenti Donald Trampın işdən çıxardığı Komeyin yazdığına görə, Tramp milli təhlükəsizlik müşaviri Flinnin Rusiya ilə əlaqələri ilə bağlı istintaqın dayandırılmasını istəyib. Trampın dedikləri hamının diqqətini cəlb edib: “O, yaxşı adamdır. Onu buraxa biləcəyinizə ümid edirəm”.

BBC müxbiri Zuxer Vaşinqtonda artıq çoxdan Trampın istefası məsələsinin müzakirə edilməsini bildirərək yazıb: “Federal hökumətdə arxası möhkəm olmayan şəxsin, Komeyin çıxdığı mərtəbələrə çatması imkansızdır”.
ABŞ mediası adı çəkilməyən mənbəyə istinadən iddia edir ki, prezident Trump Federal Təhlükəsizlik Bürosunun başçısı Ceyms Komeydən prezidentin müşaviri M.Flinnin Rusiya ilə əlaqələrinə dair aparılan istintaqın dayandırılmasını xahiş edib.

Ağ Ev bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirir.

“Nyu York Tayms” qəzeti Ceyms Komeyin bu barədə qeydlərini gördüyünü deyən iki nəfərə istinad edir. CNN də belə bir qeydlərin olması barədə anonim mənbəyə istinadən məlumat yayıb.

“Mən ümid edirəm ki, siz bu məsələni unuda bilərsiniz. O yaxşı oğlandır”, - Komeyin Trampın xahişi barəsindəki qeydlərdə belə yazdığı deyilir. Komey isə onun xahişinə cavab verməyib, əvəzində deyib: “Razıyam ki, yaxşı oğlandır”.

“Nyu York Tayms”ın yazdığına görə, Flinnin istefasından sonra prezidentlə görüşən Komey görüşdən dərhal sonra qeydlər aparıb. Ağ Ev isə Trampın istintaqa təsir etmək cəhdlərini dərhal təkzib edib.

"Prezident dəfələrlə general Flinnin ölkəyə xidmət göstərən və ölkəni müdafiə edən layiqli insan olduğunu vurğulayıb. Tramp heç vaxt Ceyms Komeydən və ya başqa birisindən, Flinnin işi daxil olmaqla hansısa istintaqın dayandırılmasını istəməyib”, - deyə Ağ Evin açıqlamasında bildirilir.

Tramp Ceyms Komeyi mayın 10-da işdən azad edib.

ABŞ prezidenti qərarını Komeyin bu vəzifəyə artıq uyğun gəlməməsi ilə izah edib.

Pezidentin qərarını tənqid edən müxalifət onu Trampın seçki kampaniyasında Rusiya ilə əlaqəsini araşdıran istintaqa təsir göstərməyə cəhddə ittiham edib.

Maykl Flinn təhlükəsizlik müşaviri vəzifəsindən bu ilin fevralında istefa verib. O, postunu ABŞ rəhbərliyindən Rusiya səfiri Sergey Kisilyakla görüşü gizlətdiyinə görə tərk edib. Bundan qısa müddət sonra, bu ilin fevralında postunu tərk eləmək məcburiyyətində qalan Flinnin bu görüş zamanl Rusiyaya gizli məlumatlar ötürdüyü iddia edilir. “Nyu-York Tayms”ın xəbərində də Komeyin sözügedən qeydləri fevral ayında apardığı deyilir.

FTB başçısını qovan Tramp bir neçə gün sonra paylaşdığı “Tvitter” mesajlarında Komeyə mediaya sənəd sızdırmaması ilə bağlı xəbərdarlıq eləmişdi. Üstüörtülü təhdi mesajında yazılırdı: “Ceyms Komey mətbuata məlumat verməzdən əvvəl, qeydə alınmış danışıqlarımızın olmaması üçün dua etsin”.

Rusiyanın kölgəsində

Tramp və onun administrasiyası seçki kampaniyasından indiyə qədər Rusiyanın kölgəsi altında qalmış kimi görünür. Moskva iqtidarının seçkilərə müdaxilə etdiyi barəsindəki iddialar, FTB tərəfindən rəsmi şəkildə təhqiq edilir. FTB, seçki kampaniyasındakı müşavirlərin Trampın qələ çalmasında kömək eləməsi üçün Rusiya ilə əməkdaşlıq edib-etməmələrini incələyir.

ABŞ liderinin Komeyi vəzifədən çıxarması, Flinnlə bağlı istintaqı dayandırmaq istədiyi kimi izah edilir.

Kreslosuna oturduqdan bir neçə həftə sonra istefa vermək məcburiyyətində qalan milli təhlükəsizlik müşaviri Flinnin Rusiyanın səfiridi Kisilyakla görüşməsindən başqa, Rusiya prezidenti Vladimir Putinlə eyni masa araxasında oturduqları fotoları da ortaya çıxmışdı.Turaninfo.org/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.