AB ilə vizasız rejim qərarının imzalanma mərasimində Poroşenkonun MARAQLI REAKSİYASI
18-05-2017, 13:04
Avropa İttifaqının Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq etməsinə dair qərarın imzalanma mərasimində ölkə prezidenti Pyotr Poroşenkonun maraqlı reaksiyası kameraların yaddaşına köçürülüb. FaktXeber.com-un verdiyi məlumata görə, kadrlardan görünür ki, prezident çox ruhlanıb, mütəmadi olaraq kameralara «əla» işarəsi kimi baş barmağını göstərib və gülümsəyib.
Xatırladaq ki, dünən Strasburqda Avropa İttifaqının Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq etməsinə dair qərarın imzalanma mərasimi keçirilib. Mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa İttifaqına sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib.
“Biz buna nail olduq. Əladır! Hər şey qaydasındadır, hər kəs məmnundur. Biz buradayıq, biz çox şadıq, hər kəs – siyasətçilər, jurnalistlər, 45 milyon ukraynalı məmnundur”, - deyə P. Poroşenko bildirib.
Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. Bunun iyunun 11-də baş verəcəyi gözlənilir.