Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır

19-05-2017, 08:21           
Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır
Berlin Türkiyə ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır, lakin NATO-nun bir üzvünün digərinə təzyiq etməsini qəbuledilməz hesab edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib.

Bundan əvvəl məlum olub ki, alman deputatlarının Türkiyənin “İncirlik” hərbi bazasına səfəri ərəfəsində Ankara Almaniya XİN-nə səfərin mümkünsüz olduğunu bildirib.

Bundan sonra Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlin Almaniya hərbi kontingentinin köçürülməsi üçün qonşu dövlətlərdə “İncirlik”ə alternativ axtaracaq.

“Biz son bir neçə həftə ərzində gərginliyi azaltmağa çalışırıq. O bizim qonşumuzdur”, - deyə o Vaçinqtonda konfrans zamanı bildirib.

Almaniyalı nazir Ankaranın qəbuledilməz şərtlər irəli sürüb. Belə ki, Qabrielin sözlərinə görə, Ankara Berlindən Almaniyada sığınacaq almış şəxslərin ekstradisiya olunmasını xahiş edib.

“Bunu qanun və konstitusiya qadağan edir. NATO üzvünün digər üzv dövlətə təzyiq göstərməsi sadəcə mümkünsüzdür”, deyə Qabriel qeyd edib və ABŞ-ın məsələnin nizamlanmasına səy göstərəcəyinə söz verdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru